Ünvanlı sosial yardımın məbləği artdı
18.05.2021
2021-ci ilin aprel ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) məbləği 224,38 manatdan 250,03 manata qalxıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artım deməkdir.