10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Zelenskinin bu hərəkəti Putini qəzəbləndirdi

18.05.2021

 Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra onun bir hərəkəti Kremlin qəzəbinə səbəb oldu.

DM xəbər verir ki, bu barədə "Faynənşl Tayms" yazıb.

Qeyd olunub ki, Zelenskinin Müxalif Platforması – Həyat naminə Partiyasının sədri Viktor Medvedçuka sanksiyalar tətbiq edərək, onun aktivlərini dondurması, nəzarətindəki üç televiziya kanalını bloklaması Putini qəzəbləndirib.

Bəzi analitiklərə görə, Rusiya qoşunlarının Ukrayna sərhədinə ötən ay yerləşdirilməsinin bir səbəbi də bu ola bilərdi.

Qeyd edək ki, Viktor Medvedçuk ölkəyə xəyanətdə şübhəli bilinərək, ev dustaqlığına məhkum edilib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.