Bir sıra küçələrə giriş məhdudlaşdırılacaq
17.05.2021
Azərbaycanda keçiriləcək "Formula 1” Qran Prisi ilə bağlı bəzi küçələrə giriş məhdudlaşdırılacaq.
Eyni zamanda, bir sıra küçələrdə mayın 31-dən iyunun 8-dək dayanma-durma qadağan edilir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, hər il Bakıda keçirilən "Formula 1” Qran Prisi ilə bağlı bəzi küçələrin girişinə məhdudlaşdırılma ilə bağlı nişanlar vurulur.