İran Suriyadan bu şərtlə çıxacaq - AÇIQLAMA
04.08.2018
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasımi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb.
"Dövran Media" "Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Kasımi İranın Suriyadan terrorizmlə mübarizənin bitməsindən sonra çıxacağını qeyd edib.
"Suriya hökuməti bunu istəyənə kimi biz bu ölkədə qalacayıq. Suriya hökumətinin istəyi ilə bizim əsas vəzifəmiz terrorizmlə mübarizə olub” – Kasəmi bəyan edib.
Onun sözlərinə görə Suriyada stabillik müəyyən mənada bərpa edildikdən və terrorizm sonlandırıldıqdan sonra İran bu ölkəni tərk edə bilər.