Narkobaron Azərbaycana GƏTİRİLDİ
04.08.2018
İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Emil Xəlilov Ukraynadan vətəninə ekstradisiya olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə özünün "Facebook” səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin yazıb.
Məlumatda bildirilir ki, azərbaycanlı Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotrafiklə məşğul olan mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
"Bu yaxınlarda E.Xəlilov "qanuni oğru” olmağa can atan şəxs statusunu qazanıb”, - Yenin yazıb.
Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin isə bildirib ki, saxlanılan şəxs "qanuni oğrular”ın fəaliyyəti ilə bağlı vacib ifadələr verib.
O həmçinin qeyd edib ki, Azərbaycanda Xəlilov bir neçə cinayətə görə axtarışda olub.