Azərbaycanda son sutkada yoluxma sayı
16.05.2021
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1122 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 10 164 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8374, bu günə qədər isə ümumilikdə 3 384 053 test icra olunub.