Kadırov Həbibi sərt tənqid etdi
16.05.2021
Çeçenistan lideri Ramzan Kadırov UFC döyüşçüsü Həbib Nurməhəmmədovu sərt tənqid edib.
DM Teleqraf.com-a istinadən xəbər verir ki, çeçenlərin başçısı Həbibin Rusiya və Çeçenistanın uğurları üçün döyüşmək istəmədiyini bildirib.
Kadırov onu "Rusiyanın ən siyasətcil idmançısı” və "UFC-nin layihəsi” adlandırıb.
Onun sözlərinə görə, Çeçenistanın "Əhməd” klubu yenidən meydana qayıtması üçün Nurməhəmmədova pul təklif etməyə hazırdır. Lakin o, Rusiyanın bayrağı altında döyüşməkdən boyun qaçırıb.
Ramzan Kadırovun sözləri Rusiyada geniş ictimai rezonansa səbəb olub.
Qeyd edək ki, UFC-da mübarizə aparan isveçli döyüşçü Həmzət Çimayev keçmiş çempionla döyüşməyə hazır olduğunu açıqlayıb.
Həbib Nurməhəmmədov keçmiş UFC çempionudur. O, 29 döyüşdə qazandığı 29 qələbə hesabına bu titulunu sonadək qoruyub.
Həbib ötən il karyerasını başa vurduğunu açıqlayıb.