21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə karantin yumşaldılır

16.05.2021

Türkiyədə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sərt qapanma rejiminə bəzi yumşalmalar edilib.

DM xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi müvafiq qərar verib.

Qərara əsasən, mayın 17-dən etibarən virusa qarşı vaksinin hər iki dozasını qəbul etmiş 65 yaşdan yuxarı şəxslər açıq havaya çıxa biləcək.

Bundan başqa, 18 yaşdan aşağı şəxslər üçün də küçəyə çıxmaq qadağası götürülür.

Digər vətəndaşlar üçün isə həftə içi saat 21:00 - 05:00 arasında və həftəsonu günlərində cümə saat 21:00-dan başlayaraq bazar ertəsi saat 05:00-dək küçəyə çıxmaq qadağası qüvvədə qalır.