21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polşalı idmançı Bakıdakı istilərdən şikayətləndi

16.05.2021

2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında iştirak etmiş polşalı atlet Mixal Qalikovski paytaxtımızdakı istidən şikayətlənib.

Artıq zədəsinə görə idmançı karyerasını bitirmiş Qalikovski Polşa mətbuatına müsahibəsində həmin anları belə xatırlayıb:

"Bakıdakı yarış yəqin ki mənim üçün ən yaddaqalan yarışlardan biridir. Onda Bakıda hava çox isti idi. Xatırlayıram ki, maykada necə məşq keçdim və bütün vaxtı kölgə axtardım. Yarımfinalın 20 dəqiqəlik isinmə hərəkətindən sonra bezdim. Mən onda şokda idim ki, Fransadan olan idmançılardan biri isinmə hərəkətinə bütöv idman geyimində çıxmışdı. Ondan sonra Yunanıstandan bir idmançı da idman geyimi və şlyapada arenaya çıxdı...

Bilmirəm, ola bilər ki, onlar buna öyrəşib. Hər halda, həmişə isti ilə aram pis olub (gülür). Mən yeddinci yerdə finişə çatdım. Onda havaya uduzdum. Qaçışdan sonra buzu başımda saxlayaraq uzun müddət uzandım. Mən ümumiyyətlə "Koka Kola” içən deyiləm. Amma onda bir litr şüşə "Sprayt”ı birnəfəsə başıma çəkdim. Yarışdan sonra heç vaxt özümü belə pis hiss etməmişdim”.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda baş tutub.