Orxan Camalın nəşi Fransadadır
04.08.2018
Mərkəzi Afrika Respublikasında ölən jurnalistlərin meyitlərini daşıyan təyyarə Fransanın paytaxtı Parisə çatıb.
"Dövran Media" xəbər verir ki, təyyarə "Şarl de Qoll" aeroportunda eniş edib.
Jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyevin nəşi digər bir təyyarə ilə Moskvaya gətiriləcək. MAR-dakı Rusiya səfirliyinin məlumatına görə, təyyarə Rusiya paytaxtında avqustun 5-dən 6-na keçən gecə enəcək.
Xatırladaq ki, MAR-da döyüşçülər tərəfindən öldürülən jurnalistlərin üzərində jurnalist vəsiqələrindən başqa heç bir sənəd olmayıb.
Qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur. Əslən azərbaycanlı olan Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində 69 yaşında dünyasını dəyişib.