Rusiya ABŞ-a məxfi MƏKTUB GÖNDƏRDİ
04.08.2018
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov ABŞ hərbi komandanlığına məktub ünvanlanyıb.
"Dövran Media" "Reuters” agentliyinə istinadən xəbər verir ki, məktubda Rusiyadan ABŞ-a Suriyanın bərpası üçün təklif ünvanlanıb.
Məktubun ünvanlanması üçün tam məxfi kanallardan istifadə edildiyi bildirilir.
Təklif əsasən, ölkənin bərpası və qaçqınların geri qaytarılması prosesində əməkdaşlığı nəzərdə tutur.
Məktubun iyulun19-da ABŞ-ın ərazi üzrə əsas generalı, dəniz piyadaları komandanı general Cozef Danforda ünvanlanıb.
Qeyd edək ki, məktuba ABŞ hərbi rəhbərliyi tərəfindən yalnız siyasi razılıqdan sonra bu cür əməkdaşlığa gedilə bilinəcəyi cavabı verilib.