21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanın axtardığı şəxs Köçəryana qoşuldu

11.05.2021

 Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan Dirçələn Ermənistan Partiyasına qoşulacaq.

DM xəbər verir ki, o, bunu Sünikin təhlükəsizliyi üçün etdiyini bildirib. Avaqyan bu partiyanın tərkibində seçkidə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, adı çəkilən partiya Köçəryanın yaratdığı Ermənistan Blokunun üzvüdür.

Avaqyan müharibədən sonra Azərbaycana qarşı düşmənçilik fəaliyyətini ən çox alovlandıran şəxslərdən biridir. Avaqyan həm Rusiya, həm Ermənistan vətəndaşıdır. Rusiyada ona qarşı cinayət işi açıldıqdan sonra Fransaya qaçan Avaqyan sonradan Ermənistanda özünə sığınacaq tapıb.