Ceyhun Bayramov: “Regionda sülh üçün real şanslar var”
11.05.2021
"Regionda unikal şans yaranıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və öz torpaqlarını işğaldan azad etdi. Regionda sülh üçün real şanslar var”.
DM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan ərazisində yaşayan ermənilər bizim vətəndaşlardır.
"Biz bu vətəndaşların siyasi, iqtisadi hüquqlarının təmin olunması, ölkə həyatına inteqrasiyası üçün əlimizdən gələni etməyə hazırıq.
Biz hesab edirik ki, beynəlxalq norma və hüquqlara hörmət etməklə Azərbaycan və Ermənistan arasında əlaqələr normallaşa bilər”, - deyə C.Bayramov əlavə edib.