HƏMAS İsrailə ultimatum verdi
11.05.2021
HƏMAS-ın hərbi qanadı olan Əl Kassam Briqadası İsrail hökumətinə ultimatum verib.
DM xəbər verir ki, təşkilat adından ultimatumu Əl Kassam Briqadasının mətbuat katibi Əbu Obayda səsləndirib. O, İsraildən dərhal Əl Aksa məscidinin mühasirəsini dayandırmağı tələb edib:
"Əgər bu tələb icra edilməsə, HƏMAS yaxın iki saat ərzində cavab verəcək”.
Qeyd edək ki, bu son sutka ərzində İsrailə təşkilatın verdiyi ikinci ultimatumdur.