Vertolyot qəzaya düşdü: 18 nəfər CAN VERDİ
04.08.2018
Rusiyanın Krasnoyarsk vilayətində sərnişin vertolyotu qəzaya uğrayıb.
"Dövran Media" xəbər verir ki, "Mi-8" tipli sərnişin vertolyotunun qəzaya uğraması nəticəsində 3-ü heyət üzvü olmaqla göyərtədən olan 18 nəfər həlak olub.
İqarka şəhərindən 2 km aralıda sərt eniş edən vertolyotun göyərtəsindəki sərnişinlərin "Ankor" şirkətinin əməkdaşları olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya texniki nasazlıq, yaxud pilotun səhvi səbəb olub.