Çad ordusu qiyamçıları darmadağın etdi
10.05.2021
Çad ordusu "Çadda dəyişiklik və razılıq uğrunda cəbhə" hərəkatının qiyamçılarını məhv edərək, ölkədəki vəziyyəti nəzarət altına götürüb.
DM xəbər verir ki, bu barədə ordunun bəyanatında deyilir.
"Ərazini təmizlədik, heç bir düşmən qalmayıb, vəziyyət normallaşıb. Hər şey başa çatıb, dövlət üçün təhlükə yoxdur", - Çad Silahlı Qüvvələrin Qərargah rəisi Abakar Abdulkərim Daud bildirib.