21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Daha 3 qazimizin əməliyyat xərcləri qarşılandı

09.05.2021

"YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Qurbanlının, Ağaəli Quliyevin və Fuad Məlikovun əməliyyat xərcləri qarşılanıb.

Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı Mərkəzi” fəaliyyət göstərir.