800 ABŞ xüsusi təyinatlısı Rusiya sərhədində
09.05.2021
"Swift Response” təlimləri çərçivəsində təxminən 800 amerikalı paraşütçü Estoniyada Rusiya sərhədi yaxınlığına enib.
DM Musavat.com-a istinadən xəbər verir ki, təlim çərçivəsində ABŞ ordusunun 82-ci hava-desant diviziyasının xüsusi təyinatlıları Estoniya üzərində təyyarələrdən atılıblar.
ABŞ Quru Qoşunlarının Avropadakı komandanlığı manevrlərdə Britaniya Ordusunun 16-cı Hava Təhlükəsizliyi Briqadasının əsgərlərinin də iştirak etdiyini bildirib.
Təlimlər həqiqi döyüş vəziyyətinə yaxın şəraitdə aparılıb.