08.05.2021
Dövlət Sərhəd Xidmətinin "Harop”, "Quzğun” və "Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının (DSX) 10-cu buraxılışı münasibətilə keçirilən təntənəli mərasim deyib.
Onun sözlərinə görə, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.