21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gömrük Akademiyasında tədbir keçirildi

07.05.2021

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş "Azərbaycanın nəbzi ilə döyünən ürək!” adlı tədbir keçirilib.

DM xəbər verir ki, Zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.

Öncə müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yoluna həsr olunmuş video çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, dahi şəxsiyyətin dövlətçilik üçün gördüyü işlərdən danışıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı əvəzolunmaz roldan və misilsiz xidmətlərdən söz açıb. Qulu Novruzov Azərbaycan tarixində uzaqgörən siyasi xadim, dahi rəhbərin ətrafında hər zaman xalqın yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini qeyd edib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri xatırladaraq onun ictimai-siyasi xadim olaraq daim xalqın dəstəyindən güc aldığını, dahi və müdrik rəhbərin çağırışlarına xalqın hər zaman dəstək olduğunu, böyük şəxsiyyətin həmişə xalqa arxalandığını vurğulayıb.

Akademiya rəisi ümummilli liderin ideyalarının, onun irsi, dövlətçilik ənənəsi, siyasi kursunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu və xalqının yumruq kimi birləşərək, 44 günlük Vətən müharibəsində "Dəmir yumruq”la Ermənistan ordusunu darmadağın etdiyini deyib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın düşmənlərdən azad olunduğunu, xalqın böyük qələbə sevincini yaşadığını vurğulayıb. Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılmasına hər zaman ehtiyac duyulduğunu vurğulayan Qulu Novruzov Gömrük Akademiyasının tələbələrinin timsalında bütün gənclərin Heydər Əliyevin həyat yolunu, onun ideyalarını dərindən mənimsədiklərini və dahi şəxsiyyətin irsinin tələbə-gənclərə öyrədilməsinə Akademiyada xüsusi diqqət yetirildiyini qeyd edib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əbədi iz buraxan nadir şəxsiyyət olduğunu deyib. O, Azərbaycanda dövlət siyasətinin formalaşdırılması, Azərbaycanın müstəqilliyinin qorunmasının ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ziyad Səmədzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışaraq, onun ölkəni dağılmaqdan qoruduğunu, "Əsrin müqaviləsi”nin imzalanmasına nail olduğunu, dövlət quruculuğunu həyata keçirdiyini bildirib. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq müdrik dövlət rəhbəri kimi gördüyü işlərdən söz açıb. Ümummilli liderin Azərbaycanın müstəqilliyinin ilk illərində yenidən respublikaya rəhbərlik etdiyi dönəmdə ölkədə daxili sabitliyi təmin etdiyini bildirib. Ziyad Səmədzadə Heydər Əliyevin bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə gördüyü işlərdən söz açaraq, Ulu Öndərin "Bizim ən böyük xoşbəxtliyimiz müstəqilliyimizdir!” sözlərini xatırladıb. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanı, qitələri birləşdirən ən mühüm nəqliyyat layihələrini həyata keçirdiyini bildirən akademik nəhəng iqtisadi layihələrin Heydər Əliyevin müdrik və düşünülmüş siyasəti sayəsində reallaşdırıldığını bildirib. Ümummilli liderin Azərbaycan dövlətini dünyaya tanıtdığını, bütün beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini bəyan etdiyini vurğulayıb. O, Heydər Əliyevin güclü ordu və iqtisadiyyat yaratdığını, ölkə iqtisadiyyatının gücləndirilərək sosial problemlərin həllinə yönəldildiyini, ölkədə güclü ordu quruculuğu həyata keçirildiyini deyib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan Ziyad Səmədzadə məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə şanlı Azərbaycan ordusunun işğalda olan torpaqları azad etdiyini diqqətə çatdırıb.

Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunaraq, Gömrük Akademiyasının tələbələrinə bu böyük şəxsiyyətin zəngin həyat və fəaliyyətini dərindən mənimsəməyi, hər zaman milli maraqları üstün tutmağı tövsiyə edib.

Tədbirdə ümummilli liderin 98-ci ildönümünə həsr olunmuş "Azərbaycanın nəbzi ilə döyünən ürək!” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib. Kompozisiyada Akademiyanın tələbələrinin, o cümlədən xor qrupunun ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.