Rusiyalı muzdlular təcavüzdə ittiham edilir
06.05.2021
Mərkəzi Afrika Respublikasında hökumət qüvvələrini dəstəkləyən rusiyalı muzdlular yerli sakinləri soyub öldürməkdə, onları təcavüzə məruz qoymaqda ittiham olunur.
Bu barədə RFI-da qeyd edilib.
Bildirilir ki, sənəd şahid ifadələrinə və muzdluların istifadəsinə dair BMT işçi qrupunun sənədlərinə əsaslanır.
Xüsusilə, 26 məhkəmədən kənar edam, beş təcavüz hadisəsi və 27 əsassız həbs cəzası müəyyənləşdirilib.