Ermənistanda futbol klubunda oğurluq baş verib
06.05.2021
Ermənistanın "Van” futbol klubunun soyunub-geyinmə otağında oğurluq baş verib.
Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Hadisə mayın 5-də qeydə alınıb. Soyunub-geyinmə otağından iki telefon və 1 600 000 dram (təxminən 3 min dollar) oğurlanıb. Faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, klub Türkiyənin Van şəhərinin adını daşıyır. Ermənilər qardaş ölkənin bu şəhərinə qarşı da ərazi iddiaları ilə çıxış edir və bu şəhəri öz tarixi paytaxtları hesab edirlər.