İrandakı etirazlar paytaxta KEÇDİ
03.08.2018
Qiymət artımı və milli valyutanın devalvasiyası ilə bağlı İranı bürüyən etirazlar paytaxt Tehrana çatıb.
"Dövran Media" Türkiyənin "Anadolu” agentliyinə istinadla xəbər verir ki, yayımlanan videolarda ölkədəki iqtisadi vəziyyətdən narazı olan şəxslərin Velasir meydanına toplaşdığı görünür.
Etirazçılar zibil konteynerlərinə od vurub və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bundan əvvəl, etiraz aksiyaları Məşhəd, Şiraz, İsfahan şəhərlərində keçirilib. Yerli KİV-in məlumatına görə, Məşhəddəki etiraz aksiyalarında yüzə yaxın şəxs iştirak edib.