Qazaxıstan və Qırğızıstan sərhədində zəlzələ oldu
06.05.2021
Qazaxıstan və Qırğızıstan sərhədində 5.2 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə Qazaxıstanın seysmoloji xidməti məlumat yayıb.
Yeraltı təkanlar Nur-Sultan vaxtı ilə 13.07-də qeydə alınıb.Zəlzələnin episentri Almatı şəhərindən 199 kilometr cənub-şərqdə Qazaxıstan və Qırğızıstanın sərhədində olub. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.