Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06.05.2021
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib.
Bu barədə Mərkəzdən məlumat verilib.
V. Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və İİTKM tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti, eləcə də Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verib.