21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Netanyahuya verilən müddət sona çatdı

06.05.2021

Israil Prezidenti Reuven Rivlinin koalisiya hökuməti qurması üçün Baş nazir Binyamin Netanyahuya verdiyi 28 günlük qanuni müddət sona çatıb.

Rivlin "Twitter” hesabında paylaşdığı mesajda qeyd edib ki, Netanyahu koalisiya hökuməti qura bilməyib.

İsrail prezidentinin koalisiya qurma vəzifəsi üçün yeni bir ad təyin edib- etməyəcəyi və ya tapşırığı parlamentə göndərib-göndərməcəyi hələ məlum deyil.

Yerli KİV Rivlinin koalisiya qurma vəzifəsini Netanyahunun rəqibi və "Yesh Atid” partiyasının lideri Yair Lapid və ya "Yamina” partiyası lideri Naftali Bennettə həvalə edə biləcəyini yazır.

Eyni zamanda, Lapid və ya Bennett təyin edilsə də, hər iki adın koalisiya qurmaq üçün kifayət qədər dəstək tapmaqda çətinlik çəkəcəkləri bildirilir.