Iran öz vaksenini sınaqdan keçirdi
05.05.2021
İran öz istehsalı olan "Fəhra” koronavirus peyvəndinin insan üzərində uğurla sınaqdan keçdiyini elan edib.
IRNA agentliyi xəbər verir ki, peyvənd ötən il öldürülən nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin adını daşıyır.
Yeri gəlmişkən, alimin oğlu könüllü olaraq peyvəndin öz üzərində sınaqdan keçirilməsi üçün müraciət edib.
Qeyd edək ki, İran koronavirusdan ən çox zərər çəkən ölkələr siyahısındadır. Son məlumata əsasən, 73 219 iranlı pandemiyanın qurbanı olub.