05.05.2021
Bakının məşhur "Luna Park”ı bərpa edilir.
Trend-in məlumatına görə, Bakının 8 Noyabr prospektində yerləşən və uzun zamandır baxımsız qalan "Luna Park”da yenidənqurma, abadlıq işləri aparılır.
Xətai rayonunda yerləşən park 1875-ci ildə salınıb və əsasən "Qaraşəhər” deyilən ərazininyaşıllaşdırılması üçün nəzərdə tutulub. Parkın torpağı əsasən cənub zonasından Bakıya gətirilib və park yaranandan sonra, suvarılma işləri xüsusi tankerlərlə Həştərxandan gətirilən suyun hesabına həyata keçirilib.
Sovet dövründə isə 1922-ci ildən bu ərazi rəsmi olaraq park statusunu alıb. Parkın adı ilk öncə inqilabçıLunaçarskinin şərəfinə "Luna Park” adlandırılıb, müstəqilliyimiz əldə olunduqdan sonra Nizami adına Mədəniyyət və İstirahət Parkı olub.