Pompeo ilə Çavuşoğlu GÖRÜŞDÜLƏR
03.08.2018
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo Sinqapurda görüşüb.
"Dövran Media" xəbər verir ki, görüş 07:30-da başlayıb və təxminən 45 dəqiqə davam edib.
Qeyd edək ki, bu, tərəflər arasında son 15 gündə gerçəkləşdirilən 4-cü görüşdür. Bundan öncə tərəflər arasında 3 dəfə telefon danışığı baş tutmuşdu.