İsrail Rusiya bazasının olduğu bölgəni vurdu
05.05.2021
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanı yaxınlığındakı rayona bir neçə aviazərbə endiriblər.
DM xəbər verir ki, bu məlumatı Suriya mətbuatı yayıb. Məlumata görə, hücum zamanı Suriya hava hücumundan müdafiə sistemləri işə düşüb və İsrail raketlərindən bir neçəsi məhv edilib.
Suriya KİV-i İsrailin Latakiyada plastik istehsal edən fabrikə hücum etdiyini bildirib.
Qeyd edək ki, Latakiyada həmçinin Rusiya Hərbi Kosmik Qüvvələrinin bazası yerləşir.