Sadır Japarov yeni Konstitusiyasını imzaladı
05.05.2021
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni Konstitusiyasını imzalayıb.
DM xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Yeni Konstitusiya məhz ölkəmiz üçün aktual olan çağırışlar nəzərə alınaraq yazılıb”, - Prezident vurğulayıb.
Dəyişikliklər Prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını, parlamentin hüquqlarının azaldılmasını və sayının 120 nəfərdən 90-a endirilməsini nəzərdə tutur.