Türkiyə Prezidenti Kralla telefonla danışıb
05.05.2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefona danışığı olub.
Devran Media xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
Bildirilir ki, liderlər iki ölkə arasında münasibətləri müzakirə ediblər.