Kosmosdakı peyk YERə düşə bilər. Hansı ölkəyə?!
05.05.2021
Çin tərəfindən kosmosa göndərilən və gələcəkdə Çin Kosmik Stansiyası üçün istifadə edilməsi planlaşdırılan modelləri daşıyacaq "Long March 5b" adlı raketin idarədən çıxdığı və Yer kürəsinə düşə biləcəyi açıqlandı. Raketin düşə biləcəyi bölgələr arasında New York, Madrid və İstanbul da var.
"SpaceNews"in yaydığı xəbərə görə, mütəxəssislər 21 tonluq raketin idarədən çıxdığını və Yer üzünə enməyi planlaşdırılan ərazilərin xaricinə düşə biləcəyini açıqlayıblar.
Harvard Universitetində araşdırma aparan kosmos alimi Jonathan McDowell, raket parçalarının şimal və cənub yarımkürələrdə 41-ci enliklər arasında düşə biləcəyini söyləyib.
Mayın 10-dan əvvəl düşməsi gözlənilən və 33 metr uzunluğundakı raketin New York, Madrid, İstanbul və Pekin, Çili və Yeni Zelandiya üçün təhlükə yaratdığı bildirilir.
nəzarətsiz şəkildə yaşayış məntəqəsinə düşəcəyi halda onlarla insanın ölə biləcəyi bildirilib.
Kosmos alimi Jonathan McDowell raket haqqında belə deyib:
-- Keçən il kosmosa atılan Long March-5B raketinin böyük metal parçaları göydə uçub və Fildişi Sahilindəki bir çox bölgəyə ziyan vurub.
-- Onların əksəriyyəti yerə düşmədən məhv olub, lakin yerə düşən böyük metal parçaları da olub. Heç kim zədələnməyib.