"Olympic Kids 2021" layihəsi bacarıqlı uşaqları "kəşf" edir
04.05.2021
"Olympic Kids 2021" layihəsi uşaqların sosial bacarıqlarının inkişafı üçün təşkil olunub.
Layihə 1 may - 1 iyun tarixləri arasında keçirilir. Layihənin ilkin mərhələsində uşaqlarda komanda ruhunun yaradılması üçün psixoloji olaraq görüşlər keçirilir. Sonra hər bir komandaya şahmat, rəsm, rəqs, kamp yarışı, "Tap görək" oyunu istiqamətlərində hazırlıqlar keçiriləcək.
1 ay müddətində davam edəcək layihənin qalibləri televiziyaya dəvət olunacaq. Layihənin Final mərhələsi iyunun 1-də, "Uşaqlar Günü"ndə təşkil olunacaqdır.
Layihə "AĞ AT" şahmat klubunun, "Nəfəs Psixonevroloji Mərkəz"inin, "Art School of By Vusala"nın, "Velikiy Yegor"un və "HOOD Academy"nin əməkdaşlıqlarının birgə səyi ilə baş tutub.