Misir Fransadan döyüş təyyarəsi alacaq
04.05.2021
Misir üçün Fransadan 30 Rafale döyüş təyyarəsi almaq üçün bir müqavilə imzalandı.
DM TRT HABER-ə istinadən xəbər verir ki, Misir Silahlı Qüvvələrinin sözçüsü Tamir Muhammed Rifai, Misir Silahlı Qüvvələri ilə Fransız Dassault Aviasiya Şirkəti arasında bir müqavilə imzalandığını açıqladı.
Rifai, Misirin Fransa ilə 30 Rafale döyüş təyyarəsi almaq barədə razılığının ən az 10 il müddətinə maliyyələşdirmə krediti yolu ilə edildiyini qeyd etdi.
Misir səlahiyyətlilərinin əvvəlki açıqlamalarına görə, 2015-ci ildə imzalanan müqaviləyə uyğun olaraq 24 Rafale döyüş təyyarəsi Misir Silahlı Qüvvələrinə təslim edildi.