Çində həyat öncəkindən daha hərəkətlidir
04.05.2021
Çin sakinləri milli bayramlarının ilk günündə ölkə daxilində 56,4 milyondan çox səyahət reallaşdırıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 111,5 % çoxdur.
"China Daily” xəbər verir ki, pandemiyadan əvvəl, 2019-cu ildə may tətili zamanı Çinin nəqliyyat sistemi təxminən 54,6 milyon sərnişin daşıyıb.
2020-ci ildə Çin sakinləri may tətilləri dövründə ölkə daxilində 115 milyon səyahət ediblər.
Çin Nəqliyyat Nazirliyinin proqnozuna görə, bu il mayın 1-dən 5-dək səyahətlərin sayı 260 milyonu keçəcək.