Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi
03.05.2021
Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.
DM xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.
Müxalif "Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.