Lavrovla Çavuşoğlu Sinqapurda GÖRÜŞDÜLƏR
02.08.2018
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş baş tutub.
"Dövran Media" xəbər verir ki, görüş Sinqapurda keçirilib. Görüşün əsas müzakirə mövzusu ikitərəfli əlaqələr və Suriya olub.
Qeyd edək ki, Çavuşoğlu bundan öncə Yaponiya Xarici İşlər naziri Taro Kono və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.