Monqolustanda 5,9 bal gücündə zəlzələ oldu
03.05.2021
Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.
DM-in məlumatına görə, zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.
Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.