Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü
03.05.2021
"Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
DM erməni KİV-lərinə istinadən xəbər verir ki, "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.
Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir - parlament baş naziri iki dəfə seçməməlidir. "Mənim addımım" bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Qeyd edək ki, Paşinyan 25 apreldə istefasını elan edib.