Şuşada abadlıq işləri aparılır
02.05.2021
İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri davam edir.
Təbii ki, yenidənqurma işləri Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada da davam etdirilir.
28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur.
Azad Şuşanı əvvəlki görüşünə qaytarmaq, bərpa etmək üçün artıq işlərə başlanılıb.
Tezliklə qədim Şuşaya yenidən həyat qayıdacaq.
Oxu.Az bununla bağlı görüntüləri təqdim edir: