Çində güclü külək sərnişin təyyarəsini yerindən oynatdı
02.05.2021
Çinin Szyansu əyalətinin Nantong şəhərində şimşək və dolu ilə müşayiət olunan qasırğa nəticəsində 11 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
Məlumata görə, şəhərin bir neçə bölgəsində yağan dolunun diametri 3 sm-ə qədər olub, küləyin sürəti isə 37,7-45,4 m/s-ə yüksəlib.
Əlverişsiz hava şəraitindən zərər görən ərazilərdən 3000-dən artıq insan təxliyyə edilib, evlərə, avtomobillərə və elektrik xətlərinə ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə yayılan kadrlardan birində isə güclü küləyin sərnişin təyyarəsini yerindən oynatdığı görünür.