Sadır Japarov və Emoməli Rəhmon arasında görüş keçiriləcək
01.05.2021
Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.
Prezidentlər Düşənbədə üz-üzə görüşmək barədə razılığa gəliblər.
Məlumata əsasən, görüş may ayının ikinci yarısında baş tutacaq.
Qeyd edək ki, sabah hər iki dövlətin hökumət komissiyaları arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar aparılacaq.