Novruz Aslanov onlayn qəbul keçirdi
30.04.2021
Pandemiya dövründə mədudiyyətləri nəzərə alan deputat Novruz Aslanov seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. Aprelin 29-da İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.
DM xəbər verir ki, millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.
Məlumat üçün bildirək ki, hər həftənini IV günü millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək məqsədilə münasib vaxtlarda rayona səfərlər edir və ya onlayn qəbullar keçirir.