Qırğızıstan prezidentindən AÇIQLAMA
30.04.2021
Qırğızıstan- Tacikistan sərhədində vəziyyət sabitləşib.
DM xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
"Tacikistanla dövlət sərhədində gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər davam edir. Gərginlik ocağı söndürülüb, vəziyyət danışıqlar yolu ilə həll edilib", - deyə ölkə başçısı vurğulayıb.
Japarov Tacikistanla sərhəddə silahlı qarşıdurma zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.