Azərbaycanlı idmançı cəzalandırdı
29.04.2021
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.
DM xəbər verir ki, bu, qadın velosipedçi Elfanə Camalovadır.
O, nümunə toplanması prosedurasından yayınma, imtina, yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.
Elfanə Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.