03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Blinkendən Ermənistana tərs sillə

29.04.2021

"ABŞ prezidenti Co Bayden Osmanlı İmperiyasındakı "erməni soyqırımı”ndan danışarkən günahı Türkiyənin üzərinə atmağa çalışmırdı".

DM  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken xarici jurnalistlərlə onlayn-görüşü zamanı bildirib.

"Bizim diqqət mərkəzimizdə Osmanlı İmperiyasının son günləri dayanırdı. Prezidentin qeyd etdiyi kimi, "anım günü”nü qeyd etməkdə məqsəd kimisə günahlandırmaq deyildi”, - deyə Blinken bildirib.

O qeyd edib ki, Ağ Evin ötən istirahət günlərində yaydığı məktubda Baydenin "erməni soyqırımı” ilə özünün çoxdankı fikirləri yer alıb.

"Bununla yanaşı, qeyd etmək lazımdır ki, prezidentin 23 aprel tarixində Türkiyə prezidenti Tayyib Ərdoğanla yaxşı telefon danışığı baş tutub. Bilirəm ki, hər iki tərəf görüşmək üçün fürsət gözləyir. Biz bir çox məsələ və sahələrdə birlikdə sıx çalışırıq. Türkiyə ABŞ və NATO-nun vacib müttəfiqidir. Bir çox ortaq regional və qlobal maraqlarda tərəfdaş kimi çıxış edirik”, - deyə dövlət katibi vurğulayıb.