Türk restoranına hücum edənlərə 15 illik HƏBS
28.04.2021
Los-Ancelesdə türk restoranına hücum edən erməni mənşəli iki amerikalının cinayət işi məhkəməyə göndərilib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, erməni mənşəli iki ABŞ vətəndaşı 4 noyabr 2020-ci il tarixində restorana hücum edib.
Həbsdə olan 23 yaşlı Villiam Stepanyan və Arutyun Harri Çalikyana qarşı 6 ittiham irəli sürülüb. İttiham aktına görə, Stepanyan 4 noyabrda telefonundan göndərdiyi mesajda "Türkləri ovlamağı" planlaşdırdığını bildirib və həmin gün Çalikyan ilə görüşüb. Restorana basqın edən təqsirləndirilənlərdən biri "Sizi öldürməyə gəldik, sizi öldürəcəyik", deyib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, restorana 20 min dollar ziyan dəyib. Bundan sonra restoran müvəqqəti bağlanıb və bu da sahibinə əlavə minlərlə dollar ziyan gətirib.
Cinayətdə şübhəli bilinənləri 15 ilədək həbs cəzası gözləyir.