Arif Quliyevin son vəziyyəti ilə bağlı AÇIQLAMA
28.04.2021
Xalq artisti Arif Quliyevin səhhəti ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məlumat verib.
O bildirib ki, Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun "Yeni klinika”da koronavirusdan müalicə alarkən görüntüləri yayılıb. Bununla bağlı peşə etikasına zidd görüntüləri yayan əməkdaş ciddi cəzalandırılıb.