30.01.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Ovçuluq haqqında” Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, ölkə ərazisində çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirirlər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron götürülüb. Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və onlarının hər biri 2 min manat məbləğində cərimə ediliblər.
Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.